Baş məşqçi: “İnanıram ki, gimnastlarımız yüksək nəticələr qazanacaqlar" - AÇIQLAMA
“Kişi idman gimnastları arasında hər il rəqabət daha da artır. Rəqabət çox güclü olsa da, dünya kuboku yarışlarının birinci günündə kişi gimnastlarımızın çıxışları gözlənilməz oldu. Mən onlardan daha yüksək nəticələr gözləyirdim. Ancaq kişi gimnastlarmızın medal şansları hələ də var”. Bunu SİA-ya açıqlamasında idman gimnastikası üzrə kişilərdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Rza Əliyev deyib.
O qeyd edib ki, kişi gimnastlarımızın çıxışlarındakı bəzi səhvlər onların həyacanlı olması ilə əlaqədardır: “Gimnastlarımız Səudiyyə Ərəbistanı və Qazaxıstan idmaçıları ilə birlikdə 4 dəfə təlim-məşq toplanışında iştirak edib və daha yaxşı nəticələr göstəriblər. Hələ hərşey bitməyib. Kişi gimnastlarımız martın 16-da dəstəli atda mübarizə aparacaqlar və inanıram ki, yüksək nəticələr qazanacaqlar”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB