Xəbər verdiyimiz kimi, Unibank Premyer Liqası, XI turu çərçivəsində "İnter" "Simurq"la qarşılaşcaq. SİA-nın məlumtına görə, "İnter"in mətbuat xidməti oyunla bağlı statistika yayımlayıb. Belə ki, "İnter" və "Simurq" indiyərək 10 dəfə görüşüblər. Bazar günü keçiriləcək qarşılaşma hər iki komanda üçün 11-ci olacaq. Oyunlarda üstünlük "İnter"dədir. Paytaxt təmsilçisi rəqibi 8 dəfə məğlub etdiyi halda, "Simurq" cəmi 1 oyunda qələbə qazanıb. Şəxsi qarşılaşmalarda ən populyar hesab 2:0 olub, həmin hesab 10 oyundan 4-də qeydə alınıb.
Qeyd edək ki, "Simurq"-"İnter" qarşılaşması oktyabrın 31-də saat 14.00-da baş tutacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB