“Barselona” - “Çelsi” matçının hakim təyinatları açıqlanıb

“Barselona” - “Çelsi” matçının hakim təyinatları açıqlanıb

Çempionlar Liqasının 1/8 final mərhələsində martın 14-də keçiriləcək iki cavab oyunu üçün hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, “Beşiktaş” - “Bavariya” oyununu ingiltərəli Maykl Oliver idarə edəcək.

“Barselona” - “Çelsi” oyunu isə Sloveniyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Damir Skomina olacaq.

Qeyd edək ki, “Beşiktaş” - “Bavariya” matçı Bakı vaxtı ilə saat 21:00-da, “Barselona” - “Çelsi” dueli isə saat 23:45-də başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə