İqor Mitreski: "Biz bütün rəqiblərə ciddi yanaşırıq" - MÜSAHİBƏ

İqor Mitreski: "Biz bütün rəqiblərə ciddi yanaşırıq" - MÜSAHİBƏ

"Neftçi"nin makedoniyalı futbolçusu İqor Mitreski "Bakı" ilə oyundan əvvəl klubun rəsmi saytına müsahibə verib. SİA həmin müsahibəni nəzərinizə çatdırır: 

- Mitreski, "Baki" ilə oyundan nə gözləyirsən?

- Hazırda onların problemləri var. Ancaq əminəm ki, bizə qarşı var gücləri ilə oynayacaqlar. İndi "Bakı" klubu bütün diqqətini bizimlə oyuna yönəldib. Biz isə öz növbəmizdə bu matça çox ciddi hazırlaşırıq. Əsas odur ki, meydanda olan hər bir oyunçu bütün bacarığını ortaya qoya bilsin.

- Yəqin ki, xəbərin var, "Bakı"nın keçmiş baş məşqçisi sənin həmyerlin Qyoko Haciyevski olub. Ondan "Bakı" haqda soruşmusan?

- Mənim bu komanda haqqında xeyli məlumatım var. Ona görə də ondan nə isə soruşmağa ehtiyac duymuram. Demək olar ki, rəqib haqqında hər şeyi bilirəm. Baş məşqçimizlə bir yerdə "Bakı"nın oyunlarını təhlil edirik. Amma əsas odur ki, oyuna tam hazır olaq.

- "Bakı"nın futbolçuları bildiriblər ki, bu qarşılaşma onlar üçün ölüm-dirim oyunu olacaq.

- Bu barədə məlumatımız var. Ancaq bu bizi narahat etmir. Biz bütün rəqiblərə ciddi yanaşırıq. Bundan əvvəl qeyd etdiyim kimi, əsas odur ki, bu oyuna tam hazır olaq. Psixoloji cəhətdən komandamızda heç bir problem yoxdur, əhval-ruhiyyəmiz əladır.

Bütün xəbərlər Facebook səhifəmizdə