Klub prezidenti tapança ilə meydana daxil oldu - VİDEO

Futbol üzrə Yunanıstan Super Liqasında növbəti qalmaqal baş verib. SİA-nın məlumatına görə, çempionatın 25-ci turunda keçirilən PAOK - AEK matçında ixtişaş yaşanıb. Qarşılaşmanın baş hakimi 90-cı dəqiqədə meydan sahiblərinin vurduğu qolu qeydə almadığı üçün sözügedən klubun prezidenti İvan Savvidi meydana daxil olub. Onun ardınca meydana azarkeşlər də daxil olub. Klub prezidentinin üzərində tapança da olub.

Baş hakim oyunu yarımçıq dayandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə