"Tank" ləqəbli kikboksçumuz qələbə qazanıb

"Tank" ləqəbli kikboksçumuz qələbə qazanıb

Azərbaycan Kikboksinq Federasiyasının üzvü, dünya çempionu, nüfuzlu yarışların qalibi Xəyal Əhmədov Almaniyada baş tutan beynəlxalq yarışda parlaq qələbə qazanıb. SİA-nın məlumatına görə, idmançımızın rəqibi təcrübəli kikboksçu Sterrenberq olub. Yarış "Tank" ləqəbli idmançımızın qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, Xəyal Əhmədov Azərbaycan bayrağını beynəlxalq yarışlarda ucaltdığı üçün dövlət başçısı tərəfindən "Fəxri Diplom"la mükafatlandırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə