“Mançester Yunayted” bu futbolçu üçün 80 milyon təklif edir

“Mançester Yunayted” bu futbolçu üçün 80 milyon təklif edir

“Mançester Yunayted” “Yuventus”un müdafiəçisi Aleks Sandro ilə bağlı Turin klubuna növbəti təklif göndərməyə hazırlaşır. Qol.az-ın Britaniya mətbuatına istinadən məlumatına görə, “qırmızı şeytanlar” braziliyalı futbolçu üçün 80 milyon avro ödəməyə hazır olduqlarını bildiriblər. Mançester klubunun rəhbərliyi Sandronun özünə isə “Yuventus”da qazandığı maaşın 2 qatını təklif edəcək.

Qeyd edək ki, 27 yaşlı müdafiəçi 2015-ci ildən “Yuventus”da çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə