“Sumqayıt” klubunun yeni prezidenti müəyyənləşib

“Sumqayıt” klubunun yeni prezidenti müəyyənləşib

“Sumqayıt” Futbol Klubunun yeni prezidenti müəyyənləşib. SİA-nın məlumatına görə, klubun yeni rəhbərinin adına Müşahidə Şurasının növbəti iclasında aydınlıq gəlib. İclasda iştirak edən üzvlərin səs birliyi ilə Rəfiyev Riad Rasim oğlu "Sumqayıt" klubunun prezidenti seçilməsi üçün təsisçilərə təqdim edilib. O, sonuncuların qərarı ilə klubun prezidenti təyin olunub.

Qeyd edək ki, R.Rəfiyev bunadək AFFA-da çalışırdı.

Xatırladaq ki, Riyad Rəfiyev 1990-cı illərin ortalarında "Neftçi"nin prezidenti və sponsoru olmuş mərhum Rasim Rəfiyevin oğludur.

Bütün xəbərlər Facebook səhifəmizdə