"UltraNeftçi" fan-klubu bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda "UltraNeftçi"nin "Flaqman" fan-klubu ilə heç bir probleminin olmadığı qeyd olunur.
"UltraNeftçi" yarandığı gündən daim "Neftçi"nin yanındadı. Fan-klubumuz "ağ-qaralar"ı həm çətin, həm də sevincli günlərində dəstəkləyir. Son günlər mətbuatda "Flaqman" fan-klubu ilə aramızda problemlərin olduğu yazılır. Əslində isə bu belə deyil, ola da bilməz! Çünki hər iki fan-klubda könlünü ağ-qara rənglərə verən insanlar toplaşıb. Biz də, "Flaqman" fan-klubu da bir nöqtəyə vurur, bir ürəklə döyünürük. Biz "Neftçi"nin çempion olmasını, Avrokuboklarda Azərbaycanı layiqincə təmsil etməsini, tribunalarda təhqirə, dava-dalaşa yol verilməməsini, bir sözlə, fanatlarla bilrlikdə daha böyük zirvələri fəth etməsini istəyirik. "UltraNeftçi" fan-klubu olaraq, bundan sonra da 16-cı sektorda doğma komandamızı qələbələrə səsələyəcəyik", - deyə fan-klubun bəyanatında qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB