Türkiyə Kubokunun püşkü atılıb

Türkiyə Kubokunun püşkü atılıb

Bu gün futbol üzrə Türkiyə kubokunun püşkü atılıb. SİA-nın məlumatına görə, 4 qrup üzrə təşkil olunan püşkatmada 20 klub iştirak edib. Bu mövsüm Türkiyə Futbol Federasiyası (TFF) Türkiyə Kubokunda veriləcək mükafatların miqdarını 17.1 milyon dollardan 18 milyon 460 min dollara qaldırıb. Qruplarda oynanacaq matçlarda qalibiyyətə 100 min, bərabərliyə 50 min dollar mükafat veriləcək. Qrup mərhələsinin ilk qarşılaşmaları noyabrın 9, 10 və 11-də keçiriləcək.

 

 "A" qrupu

 

"Qalatasaray"

"Qaziantepspor"

"Antalyaspor"

"Dənizlispor"

"Bəypazarı"

 

"B" qrupu

 

"Trabzonspor"

"Konya Torku"

"Beşiktaş"

"Manisaspor"

"Qaziantepspor BB"

 

"C" qrupu

 

"Fənərbaxça"

"Bucaspor"

"Ankaragücü"

"Gənclərbirliyi"

"Yeni Malatya"

 

"D" qrupu

 

"Bursaspor"

"Kırıkxanspor"

"İstanbul BB"

"Kasımpaşa"

"Karşıyaka"

Bütün xəbərlər Facebook səhifəmizdə