Topaz Premyer Liqasında 19-cu tura start veriləcək

Topaz Premyer Liqasında 19-cu tura start veriləcək

Bu gün Topaz Premyer Liqasında 19-cu tura start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə 2 görüş keçiriləcək.
Turun açılış matçı Gəncədə baş tutacaq. “Kəpəz” “Qəbələ”ni sınağa çəkəcək. Meydan sahibləri ötən tur uzun fasilədən sonra aktivlərinə 3 xal yazıblar. “Qəbələ” isə əksinə, son 2 turda ardıcıl uduzmaqla çempiomnluq yolunda ciddi zərbə alıb. Odur ki, komandalar meydana fərqli əhval-ruhiyyədə meydana çıxacaqlar.

Günün ikinci qarşılaşmasında “Neftçi” “Keşlə”ni qəbul edəcək. Son turda hər iki paytaxt klubu səfərdən 3 xalla qayıdıb. Tərəflər uğurlu çıxışı davam etdirmək üçün bu dəfə də meydana qələbə üçün çıxacaqlar.

Topaz Premyer Liqa
XIX tur
9 mart (cümə)


15:00. “Kəpəz” - “Qəbələ”
Hakimlər:
Rəvan Həmzəzadə, Elman Musayev, Mübariz Haşımov, Ömər Paşayev
Gəncə şəhər stadionu

18:00. “Neftçi” - “Keşlə”
Hakimlər:
Ramil Diniyev, Knyaz Əmiraslanov, Yaşar Abbasov, Əliyar Ağayev
“Bakcell Arena”

10 mart (şənbə)

17:00. “Səbail” - “Sumqayıt”
Hakimlər:
Rəhim Həsənov, Azər Əsgərov, Nahid Əliyev, Rauf Cabbarov
“Bayıl Arena”

19:00. “Qarabağ” - “Zirə”
Hakimlər:
Elvin Əsgərov, Namiq Hüseynov, İsgəndər Əliyev, Orxan Məmmədov
“Azərsun Arena”

N Klublar O Q H M T-F X
1 Qarabağ 18 14 3 1 28-7 45
2 Qəbələ 18 11 2 5 32-19 35
3 Zirə 18 9 5 4 27-17 32
4 Sumqayıt 18 8 4 6 23-20 28
5 Neftçi 18 7 2 9 21-20 23
6 Səbail 18 5 2 11 11:26 17
7 Keşlə 18 5 2 11 14:28 15
8 Kəpəz 18 3 1 14 12:33 10

Bombardirlər:

Baqali Dabo ("Qəbələ) - 11 qol
Mahir Mədətov ("Qarabağ") - 8 qol
Riçard Qadze ("Zirə") - 6 qol
Amil Yunanov ("Sumqayıt") - 6 qol

Bütün xəbərlər Facebook səhifəmizdə