“Barselona”nın kapitanı Andres İnyesta Çempionlar Liqasının 1/8 final mərhələsinin “Çelsi” ilə cavab oyununda meydana çıxa bilər. Qol.az-ın “Marca”ya istinadən məlumatına görə, La Liqanın 27-ci turunda “Atletiko”ya 1:0 hesabı ilə qalib gəldikləri matçda zədələnən ispan yarımmüdafiəçinin 3-4 həftə oynamayacağı bildirilsə də, onun vaxtında tez sağalacağı ehtimal olunur.
Qeyd edək ki, “Barselona” ilə “Çelsi” arasındakı cavab görüşü martın 14-də “Nou Kamp”da keçiriləcək. İlk qarşılaşmada 1:1 hesablı bərabərlik qeydə alınmışdı.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB