Rövnəq Abdullayev: “Danışılmış oyunlarla bağlı qanun çərçivisəində lazım olanlar ediləcək”.

Rövnəq Abdullayev: “Danışılmış oyunlarla bağlı qanun çərçivisəində lazım olanlar ediləcək”.

AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun bu gün keçirilən XXV Hesabat Konfransında əldə olunmuş uğurlar haqqında danışıb. SİA-nın məlumatına görə, o bildirib ki, hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafına dair layihələr həyata keçirilib və bu uğurlu layihələr davam etdiriləcək: “Qarabağ” ötən il Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla böyük uğura imza atıb. Həmçinin 2019-cu il Avropa Liqasının final matçının Bakı Olimpiya Stadionunda keçirilməsinə qərar verilib. Qurban Qurbanov millimizin baş məşqçisi təyin olunub”.

AFFA prezidenti ötən dövr ərzində xoşagəlməz halların da baş verdiyini deyib: “Danışılmış oyunlarla bağlı pozuntular aşkarlanıb. Buna qarşı sərt tədbirlər görülüb. Bundan sonra da qanun çərçivisəində lazım olanlar ediləcək”.

Bütün xəbərlər Facebook səhifəmizdə