“Araz” 100-cü qolunu vurub

Futzal üzrə Yüksək Liqada növbəti qələbəsini qazanan “Araz” yubiley qoluna imza atıb. SİA-nın məlumatına görə, Naxçıvan klubu dünən cari mövsümdəki 100-cü qolunu vurub.
XIX turun son matçında “Marafon Futsal”la qarşılaşan lider buna qədər rəqib qapılarına 95 dəfə yol tapmışdı.
Xətai Bağırovun 30-cu dəqiqədə vurduğu qol “Araz”ın 100-cü qolu olub.
Qeyd edək ki, 6:1-lik qələbə qazanan Joze Alesionun komandası 46 xalla turnir cədvəlinin vahid lideridir.

Bütün xəbərlər Facebook səhifəmizdə