Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Azərbaycan güləşçisi beynəlxalq turnirdə bürünc medal qazanıb

Dağıstanın Qızılyurd şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında Hacımurad Maqomedovun şərəfinə həsr olunmuş IV Beynəlxalq turnir başa çatıb. SİA-nın məlumatına görə, yarışda 139 güləşçi iştirak edib.

Turnirdə 10 çəki dərəcəsində 1991-1992-ci və 1993-1994-cü il təvəllüdlü idmançıların mübarizəsində Azərbaycan, Rusiya, Özbəkistan və Tacikistandan güləşçilər yarışıblar.

Azərbaycan güləşçisi Vasif Əliyev (38 kq) turnirin bürünc medalına sahib olub.

Bütün xəbərlər Facebook səhifəmizdə