Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərnizə çatdırır:
04 mart 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XVIII turunun “Qəbələ” – “Neftçi” matçında “Neftçi” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub (maddə 40).
Oyunun 83-cü dəqiqəsində “Qəbələ” İK klubunun 74 №-li futbolçusu Yusif Nəbiyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub (maddə 48).
05 mart 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Zirə” – “Keşlə” matçında “Keşlə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
Oyunun 90-cu dəqiqəsində “Keşlə” klubunun 53 №-li futbolçusu Emil Əliyev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunub (maddə 48).
04 mart 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVIII turunun “Kəpəz” – “Səbail” matçında “Səbail” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 400 manat cərimə olunub (maddə 40).
Oyunun 78 - ci dəqiqəsində “Səbail” klubunun məşqçisi Toğrul Əhmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 400 manat cərimə olunub (maddə 62).
01 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Ağsu” – “Sabah” matçında “Ağsu” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
01 mart 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XVI turunun “Şüvəlan” – “Zaqatala” matçında “Zaqatala” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub (maddə 40).
03 mart 2018-ci il, Regional Liqanın, “Energetik” – “Şəmkir” matçının 23-cü dəqiqəsində “Energetik” klubunun 8 №-li futbolçusu Tural Məmmədzadə hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).
Oyunun 66-cı dəqiqəsində “Energetik” klubunun 19 №-li futbolçusu Kənan Lalayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 78-ci dəqiqəsində “Energetik” klubunun 2 №-li futbolçusu Elvin Əlizadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 78-ci dəqiqəsində “Energetik” klubunun 7 №-li futbolçusu Samir Əliyev aqresiv davranış, hakimə qarşı fiziki təsir göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanıb (maddə 38.6).
04 mart 2018-ci il, Regional Liqanın, “Şahdağ” (Qusar) – “Şahdağ” (Quba) matçının 20-ci dəqiqəsində “Şahdağ” (Quba) klubunun 18 №-li futbolçusu Anar Paşazadə kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
04 mart 2018-ci il, Regional Liqanın, “Şağan” – “Tufan” matçının 79-cu dəqiqəsində “Şağan” klubunun 79 №-li futbolçusu Ceyhun Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 90+4-cü dəqiqəsində “Tufan” klubunun 7 №-li futbolçusu Elçin Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).
28 fevral 2018-ci il, Gənclər Liqanın, “Neftçi” İK İB – “Səbail” matçının 80-cı dəqiqəsində “Neftçi” İK İB klubunun 20 №-li futbolçusu Samir Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).
28 fevral 2018-ci il, Gənclər Liqanın, “Qarabağ” FK – “Qəbələ” İK matçının 90+2-ci dəqiqəsində “Qarabağ” klubunun 31 №-li futbolçusu Xəqani Sadıxov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb (maddə 38.2).
28 fevral 2018-ci il, U-16 Liqasında , “Keşlə” FK – “Turan” matçının 52-ci dəqiqəsində “Keşlə” klubunun 17 №-li futbolçusu Şirin Şirinov aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 38.1).
28 fevral 2018-ci il, U-14 Liqasında, “Qəbələ” – “Səbail” matçının 14-cü dəqiqəsində “Qəbələ” klubunun 1 №-li futbolçusu Kamil Nəzərli sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
03 mart 2018-ci il, Coca Cola U-13 Liqasında, “Səbail” – “Zirə” matçının 55-ci dəqiqəsində “Zirə” klubunun 12 №-li futbolçusu Telman Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
03 mart 2018-ci il, U-12 Liqasında, “Kəpəz” – “TİM” matçının matçında “TİM” klubunun məşqçisi Xəqanı Məmmədov texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 62).
25 fevral 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Dalğa” – “İçərişəhər” matçının 25-ci dəqiqəsində “Dalğa” klubunun 7 №-li futbolçusu Nicat Əliyev hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).
04 mart 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Avanqart” – “LSS” matçının 45-ci dəqiqəsində “Avanqart” klubunun 15 №-li futbolçusu Vahid Məmmədov hakimi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb (maddə 42.3).
04 mart 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Advokat” – “İçərişəhər” matçının 24-cü dəqiqəsində “İçərişəhər” klubunun 99 №-li futbolçusu Emil Hüseynov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
Oyunun 27-ci dəqiqəsində “Advokat” klubunun 1 №-li futbolçusu Rüfət Cəfərov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb (maddə 48).
04 mart 2018-ci il, futzal üzrə Azərbaycan birinciliyinin II dəstəsinin “Rezident” – “Gənclik” İK matçının 25-ci dəqiqəsində “Rezident” klubunun 10 №-li futbolçusu Mahir Əliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb (maddə 37.1).
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB