“Bütün idman ictimaiyyətini Bədən Tərbiyəsi və İdman Günü münasibəti ilə Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsi adından təbrik edirəm. Bu bayram cənab Prezident İlham Əliyev tərəfindən bizə hədiyyə edilib”. Bunu SİA-ya açıqlamasında Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O qeyd edib ki, bu gün idman ictimaiyyətinin hesabat günüdür: “Nailiyyətlərimiz, əldə etdiyimiz uğurlar Azərbaycanı dünyaya idman ölkəsi kimi tanıdıb. Bu gün fəxarətlə ölkəmizin uğurlarını sadalayırıq. Əminliklə deyə bilərik ki, 2018-ci il də müxtəlif idman yarışları ilə yadda qalan olacaq. Cüdo üzrə dünya çempionatı, gimnastika növləri üzrə Avropa çempionatı, velosiped idmanının BMX növü üzrə dünya çempionatnın ölkəmizdə keçirilməsi Azərbaycanı bir daha dünyada idman ölkəsi kimi tanıdacaq. Azərbaycanımıza yeni uğurlar və müvəffəqiyyətlər arzulayırıq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB