Bədən Tərbiyəsi və İdman Günü ilə bağlı festival keçirilib - FOTOLAR
Azərbaycanda 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü təntənəli şəkildə qeyd olunur. SİA-nın məlumatına görə, paytaxtdakı Fəvvarələr Meydanında təşkil olunan idman festivalında ölkəmizdə fəaliyyət göstərən 40-dan artıq idman federasiyası, idman təşkilatları və qurumları öz stendlərini nümayiş etdiriblər.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Xəzər İsayev, Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev, idmançılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar stendlərlə tanış olub, onlara guşəni təşkil edən federasiya və idman qurumlarının nailiyyətləri və gələcək perspektivləri haqda məlumat verilib.
Həmçinin, tədbir zamanı müxtəlif viktorinalar təşkil olunub, idmançılar nümunəvi çıxışları ilə qonaqların zövqünü oxşayıblar.
Tədbir konsert proqramı ilə davam edib.
Qeyd edək ki, hər il martın 5-i ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd olunur. Bu tarix Prezident İlham Əliyevin Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Ölkəmizdə idmanın inkişafı ildən-ilə daha geniş vüsət alır. İndi Azərbaycan dünyada güclü idman ölkəsi kimi tanınır. Azərbaycanda Bədən Tərbiyəsi və İdman Gününün martın 5-də qeyd olunması təsadüfi deyil. 1995-ci il martın 5-də Ulu Öndər Heydər Əliyev Bakı İdman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondunu təsis edib. Bununla da ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməli qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB