Nazir: "Ölkəmizdə idman geniş vüsət alıb" - AÇIQLAMA

Nazir: "Ölkəmizdə idman geniş vüsət alıb" - AÇIQLAMA

“Bu gün Azərbaycanda Bədən Tərbiyəsi və İdman günü qeyd olunur. Bayram münasibətilə bütün idmançıları təbrik edirəm. Bu gün bizim peşə bayramımızdır. Bu bayramı bizlərə Ulu Öndər Heydər Əliyev bəxş edib”. SİA-nın məlumatına görə, bunu gənclər və idman naziri Azad Rəhimov jurnalistlərə açıqlamasında deyib.

Nazir qeyd edib ki, Azərbaycanda idman yüksək səviyyədə inkişaf edib: “Dövlətimizin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmizdə idman geniş vüsət alıb. Bu sahədəki uğurlarımız Azərbaycanın idman ölkəsi olduğunu söyləməyə əsas verir. İdman ölkəsində bu günü qeyd etmək böyük şərəfdir. Məqsədimiz idmanın təbliği və gənclərin bu işlərə cəlb olunmasıdır. Gələcəkdə də Azərbaycanın bayrağının hər zaman yüksələcəyinə inanırıq. Daim himnimiz səslənəcək və medalların sayı artacaq. İdmançılarımızı təbrik edirəm”.

Müəllif: Elgün Vidadioğlu

Bütün xəbərlər Facebook səhifəmizdə