"Oyundan əvvəl heç-heçə fikri yox idi. Fikrimiz əks-hücumlarla qələbə idi. Bu gün bir xal qazandıq. Bəlkə qorxaq oyun sərgilədiyimizi düşünə bilərsiniz. Amma məşqlərdə hər xırda məqamadək tapşırıq vermişdik. Futbolçular özlərini itirmədilər, sonadək mübarizə apardılar”.
Qol.az-ın məlumatına görə, bu sözləri "Sumqayıt"ın baş məşqçisi Samir Abasov Topaz Premyer Liqanın 18-ci turunda "Qarabağ"la bərabərə qaldıqları oyundan (1:1) sonra deyib.
- Kamran Quliyevlə Ceyhun Sultanovsuz vəziyyət necədir?
- Əvvəllər bilirdik ki, otaqları ordadır. Gəlib məşq edib gedirdilər. Çalışırıq ki, yoxluqlarını hiss etdirməyək. Sadəcə, əvvəllər futbolçuları motivasiya edirdilər ki, milliyə düşün, indi biz klub prezidentini həvəsləndiririk ki, başqa klublara getsinlər.
- Fərhad Vəliyevə nə qədər vaxt lazım idi ki, həyəcanını boğsun?
- Bilmirəm həyəcandandır, yoxsa yaşdandır. Bu gün hər ikisindən var idi.
- Rail Məlikovun ehtiyatda qalması nə ilə əlaqədar idi?
- Zədəsi yox idi. Sadəcə, rəqibin sürətli oyununa görə Bəhlul Mustafazadəyə şans verdik.
- Azarkeşlə Rəşad Sadıqov arasındakı problem nədən irəli gəlirdi?
- Rəşad Sadıqov Azərbaycanın simvoludur. Ona hər hansı pis söz yaraşmaz. Ona görə azarkeşə çəp-çəp baxdım.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB