"Real Madrid" və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modric Zaqreb "Dinamo"sunun eks prezidenti Zdravko Mamiçlə bağlı məhkəməyə yalan ifadə verməkdə ittiham olunur. SİA-nın məlumatına görə, onun 2015 və 2017-ci illərdəki ifadələri bir-birinə uyğun gəlməyib. Xorvatiya prokurorluğu bunu sübut etsə, futbolçunu 6 aydan 5 ilə qədər həbs cəzası gözləyəcək.
Qeyd edək ki, Zdravko Mamiç 20 min avro vergidən yayınmaqda təqsirləndirilir. Bu mövsüm "Real"da 30 oyuna çıxan Modric 2 qol, 3 məhsuldar ötürmənin müəllifidir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB