"Yuventus"un yarımmüdafiəçisi Kvadvo Asamoahı transfer etmək istəyən daha bir klub ortaya çıxıb. SİA-nın məlumatına görə, 29 yaşlı futbolçu karyerasını "İnter"də davam etdirə bilər. Mövsümün sonunda azad agent olacaq qanalı futbolçunun "nerazzurri" ilə ilkin razılıq əldə etdiyi deyilir. Müqavilə 3 il müddətinə imalanacaq və Asamoahın məvacibi 3 milyon avro olacaq. Anlaşmanı "İnter"in səhmlərinə sahib olan Çinin "Suning" şirkəti təsdiqləməlidir.
Qeyd edək ki, Asamoahın yayda azad agent kimi "Qalatasaray"a keçmə ehtimalı da var.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB