“Mançester Yunayted” isveçli hücumçusu Zlatan İbrahimoviçlə yollarını ayıracaq. SİA-nın məlumatına görə, bu barədə "qırmızı şeytanlar"ın baş məşqçisi Joze Mourinyo açıqlama verib. Portuqaliyalı mütəxəssis dizində zədəsi olan 36 yaşlı forvardın mövsümün sonunda komandadan ayrılacağını bəyan edib.
Xatırladaq ki, ötən mövsüm vurduğu 28 qolla “Mançester Yunayted”in uğur qazanmasında əsas pay sahiblərindən biri olan İbrahimoviç zədə səbəbindən bu mövsüm cəmi 5 çempionat oyununda 102 dəqiqə meydanda olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB