UEFA dünya miqyaslı yeni yarış hazırlayır

Çempionlar Liqası və Avropa Liqasının formatında önəmli dəyişikliklər edən UEFA yeni və dünya miqayaslı layihəni həyata keçirməyə hazırlaşır. SİA-nın məlumatına görə, qurum Millətlər Liqasına bənzəyən daha bir turnir keçirmək istəyir. Qlobal Beynəlxalq Liqa adlanacaq yarışda təkcə Avropa yox, dünyanın hər yerindən milli komandaların iştirakı planlaşdırılır. Bir növ kiçik dünya çempionatı olacaq yarışın iki ildən bir keçirilməsi nəzərdə tutulur.

UEFA rəsmiləri Almaniya mediasına açıqlamalarında yeni turnirlə bağlı hazırlıqların başladığını təsdiq ediblər. Seçmə mərhələsinin 2020-ci ildə keçirilməsi nəzərdə tutulan yarışın ilk finalı 2021-ci ilə təsadüf edəcək. Mütəxəssislərin fikrincə, UEFA-nın bu addımı FIFA-ya meydan oxumaqdı.

Bütün xəbərlər Facebook səhifəmizdə