“Mançester Siti” futbolçusu Olarenvacu Kayodeni “Şaxtyor”a icarəyə verib. SİA-nın məlumatına görə, bu barədə Donetsk klubunun saytı xəbər yayıb. Nigeriyalı hücumçu mövsümün sonuna qədər “Şaxtyor”da çıxış edəcək.
Qeyd edək ki, 24 yaşlı futbolçu bundan əvvəl İspaniyanın “Jirona” klubunda icarədə olub. O, Liqada 12 oyun keçirib və qol vura bilməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB