La Liqada videotəkrar sistemindən istifadə ediləcək

La Liqada videotəkrar sistemindən istifadə ediləcək

2018/2019 mövsümündə İspaniya La Liqasında videotəkrar sistemindən istifadə ediləcək. Bu barədə "Footbal Espana" xəbər yayıb. Artıq ispan hakimlərin videotəkrar sistemi ilə bağlı məşğələlərə başladığı bildirilir.

İspaniya futbol rəhbərliyini bu addımı atmağa son vaxtlar La Liqada baş verən kobud hakim səhvləridir.
Qeyd edək ki, La Liqa TOP-5 liqaları arasında yeganə çempionatdır ki, orada hətta qol xətti texnologiyasından da istifadə edilmir.

Bütün xəbərlər Facebook səhifəmizdə