Frenk Lempard yenidən "Çelsi"yə qayıda bilər. SİA-nın məlumatına görə, 2017-ci ildə futbolçu karyerasını başa vuran Lempardın "zadəganlar"ın məşqçilər korpusunda yer almaq ehtimalı var. "Çelsi mövsümün sonunda komandanın hazırki çalışdırıcısı Antonio Konte ilə yollarını ayırsa, 39 yaşlı eks futbolçuya yaşıl işıq yanacaq.
13 il London klubunun şərəfini qoruyan Lempard son 6 ayda məşqçilik kurslarına gedib. Xarici mətbuatda qeyd olunur ki, "Çelsi" rəhbərliyi onu kifayət qədər təcrübə toplayandan sonra baş məşqçi postuna gətirmək niyyətindədir. Hələlik Kontenin gedişindən sonra onu kimin əvəzləyəcəyi sual altındadır. Media Luis Enrikeni bu məsələdə gündəmə gətirsə də, ispan mütəxəsisin çox məvacib tələb etməsi "zadəganlar"ı bu fikirdən daşındıra bilər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB