“Barselona” “Las Palmas”ı məğlub edə bilmədi

İspaniya La Liqasında 26-cı turun görüşləri keçirilib. SİA-nın məlumatına görə, lider "Barselona" səfərdə "Las Palmas"la qarşılaşıb. Tərəflər hərəyə 1 qol vurub və 1 xalla kifayətləniblər.

Qeyd edək ki, La Liqanın turnir cədvəlinə 66 xalla "Barselona" başçılıq edir. 61 xalı olan "Atletiko" ikincidir. "Real" 51 xalla üçüncü, "Valensiya" 50 xalla dördüncüdür. "Las Palmas" isə 20 xalla 18-ci pillədə məskunlaşıb.

“Las Palmas” – “Barselona” 1:1

Qollar: Kalyeri, 48 (pen.) - Messi, 15

Bütün xəbərlər Facebook səhifəmizdə