"Mən özüm "Bakı" klubunda 5 il oynamışam və bu komandaya yaxşı bələdəm. Düşünürəm ki, oyun çox çətin keçəcək". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi"nin hücumçusu Fərid Quliyev "Bakı" ilə oyun barədə klubun rəsmi saytına deyib. O meydana çıxacağı halda qol vuracağını deyib: "Düzdür onların vəziyyəti indi yaxşı deyil, neçə oyundu uduzurlar, amma mən özüm də o komandada çıxış etdiyim dövrdən bilirəm ki, onlar "Neftçi" ilə görüşə xüsusi motivasiya ilə hazırlaşırlar. Bu oyun paytaxt derbisi sayılır və bizə qarşı var gücləri ilə vuruşacaqlarını düşünürəm. Hazırda "Bakı" klubu "yaralı aslan"dı. Həmçinin bu oyun Şefer üçün sonuncu ola bilər, futbolçuların əksəriyyətini alman məşqçi özü gətirib. Məhz buna görə onlar çalışacaqlar ki, qələbə qazansınlar. Bu görüşdə forma şansı qazansam, mütləq fərqlənməyə çalışacağam".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB