“Mançester Siti” “Arsenal”a 3 cavabsız qol vurub

“Mançester Siti” “Arsenal”a 3 cavabsız qol vurub

İngiltərə Premyer Liqasında 28-ci turun sonuncu qarşılaşması baş tutub. SİA-nın məlumatına görə, lider "Mançester Siti" səfərdə "Arsenal"ın qonağ olub. Ötən günlərdə Liqa Kubokunun finalında "topçular"ı 3:0 hesabıyla darmadağın edən "şəhərlilər" bu dəfə də rəqibini eyni hesabla məyus edib - 3:0.

Qeyd edək ki, Premyer Liqanın turnir cədvəlinə 75 xalla "Mançester Siti" başçılıq edir. "Mançester Yunayted" 59 xalla 2-ci, "Liverpul" 57 xalla 3-cü, "Tottenhem" 55 xalla 4-cü, "Çelsi" 53 xalla 5-ci, "Arsenal" isə 45 xalla 6-cıdır.

“Arsenal” - “Mançester Siti” 0:3

Qollar: Bernardo Silva, 15, David Silva, 28, Leroy Sane, 33

Bütün xəbərlər Facebook səhifəmizdə