Həkimlər: "Neymar 3 aya yaxın meydana çıxa bilməyəcək"

Həkimlər: "Neymar 3 aya yaxın meydana çıxa bilməyəcək"

Həftəsonu əməliyyat olunacaq PSJ-nin futbolçusu Neymar 3 aya yaxın meydana çıxa bilməyəcək. Qol.az-ın xəbərinə görə, bunu braziliyalı hücumçunun həkimi Rodriqo Lasmar “Sky Sports”a açıqlamasında deyib.
“Neymarın 2.5-3 ay ərzində sağalacağı gözlənilir” – deyə Lasmar bildirib. Bu isə o deməkdir ki, Neymar mövsümün qalan hissəində meydana çıxmaya bilər.
Qeyd edək ki, Neymar Fransa çempionatının 27-ci turunun "Marsel"lə oyununda (3:0) zədələnib. Bundan əvvəl onun Çempionlar Liqasının 1/8 finalında "Real"la matçda oynamayacağı açıqlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə