“Traktor Sazi” öz meydanında uduzub

“Traktor Sazi” öz meydanında uduzub

Futbol üzrə İran çempionatında 25-ci turun oyunları keçirilir. Qol.az-ın xəbərinə görə, Təbrizin “Traktor Sazi” klubu öz meydanında “Paykan”la qarşılaşıb. Oyun qonaqların 1:0 hesablı qələbəsi ilə nəticələnib. “Paykan”ın 2 futbolçusu matçın gedişində qırmızı vərəqə alsa da, Ərtuğrul Sağlamın komandası məğlubiyyətdən qaça bilməyib.

Qeyd edəək ki, 25 oyundan sonra hesabında 29 xal olan “Traktor Sazi” 10-cu pillədə qərarlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə