"Qəbələ”nin sabiq futbolçusu Aleksey Antonovun yeni klubu müəyyənləşib. SİA-nın məlumatına görə, Ukaynanın "Çernomorets” klubundan ayrılan hücumçu karyerasını Latviyada davam etdirəcək. O, bu ölkənin "Ventspils" klubu ilə müqavilə imzalayıb. Müqavilənin şərtləri açıqlanmayıb.
Qeyd edək ki, Antonov 2015/16 mövsümündə "Qəbələ”də oynayıb. 31 yaşlı hücumçu "qırmızı-qaralar”ın heyətində 49 oyunda iştirak edib və 8 dəfə fərqlənib .
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB