"Neymarı itirmək bizə çətin gəlir"

"Neymarı itirmək bizə çətin gəlir"

PSJ-nin müdafiəçisi Presnel Kimpembe komanda yoldaşı Neymarın zədələnməsinə münasibət bildirib. SİA-nın məlumatına görə, gənc futbolçu bu məsələnin uzun müddət gündəmdə qalmasından narazılığını ifadə edib: "Düzü, nə deyəcəyimi artıq bilmirəm. O zədələnibsə, ediləcək bir şey yoxdur. Məşqçi başqa futbolçulardan yararlanacaq. Bəli, Neymarı itirmək bizə çətin gəlir. O, komandanın aparıcı üzvlərindən biridir. Amma hər şeydən öncə, biz bir komandayıq və onun boşluğunu doldurmağa çalışacağıq".

Qeyd edək ki, Neymar Fransa Liqasının 27-ci turunda baş tutan "Marsel"lə oyunda zədələnmişdi. Həftənin sonunda ulduz futbolçu Braziliyada əməliyyat olunacaq və təxminən 2 ay meydana çıxa bilməyəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə