Topaz Premyer Liqasının XVIII turunda “Neftçi”ni qəbul edəcək “Qəbələ”klubu 3 aparıcı oyunçusundan məhrumdur. SİA-nın məlumatına görə, cəza səbəbindən klubun 3 aparıcı oyunçusu meydana çıxmayacaq. Onlar kapitan Cavid Hüseynov, vitse-kapitan Asif Məmmədov və gənc oyunçu Qismət Alıyevdir.
Cavid və Qismət “Zirə” ilə matçda məlum hadisələrdən sonra cəza almışdılarsa, Asif Məmmədov kapitan kimi çıxdığı “Səbail” ilə matçda sarı vərəqə limitini doldurub.
Qeyd edək ki, martın 4-də baş tutacaq "Qəbələ" - "Neftçi" görüşü saat 15:30-da start götürəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB