"Yuventus"dan Emre Cana transfer xəbərdarlığı!

"Yuventus"dan Emre Cana transfer xəbərdarlığı!

"Yuventus" "Liverpul"un yarımmüdafiəçisi Emre Canı transfer etmək fikrindən daşına bilər. Qol.az-ın "La Gazetta dello Sport"a istinadən yaydığı məlumata görə, buna səbəb türk əsilli futbolçunun gələcək karyerası ilə bağlı yekun qərar verməməsidir. Turin klubu ilə danışıq aparan Almaniya millisinin üzvü eyni zamanda "Liverpul"la mövsümün sonunda başa çatacaq müqaviləsinin müddətini uzada biləcəyini söyləyib.

Canın bu açıqlamasından sonra "Yuventus" rəsmiləri ona son xəbərdarlıqlarını ediblər. Əgər yarımmüdafiəçi bu həftə qəti qərar verməsə, onunla danışıqlar birdəfəlik dayandırılacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə