Həyat yoldaşı Mustafa Dənizli həbs etdirəcək?

Həyat yoldaşı Mustafa Dənizli həbs etdirəcək?

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Mustafa Dənizli həbs oluna bilər. Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, həyat yoldaşı Evin Elçini onun barəsində polisə şikayət edib.
O, Dənizlini pul müqabilində İstanbuldakı evlərini girov qoymaqda ittiham edərək, onu məhkəməyə verib. Elçi Dənizlinin gizli şəkildə sənədə onun qolunu çəkməsini bildirib. Qızının ailəsinin çətin durumda olduğu üçün təcrübəli çalışdırıcının bu yola əl atdığı qeyd olunub. İstanbul Məhkəməsi tərəfindən qəbul edilən iddianamədə Mustafa Dənizlinin 1 ildən 3 ilə qədər həbs edilməsi tələb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə