İtaliya klubu cəzalandırıla bilər

İtaliya klubu cəzalandırıla bilər

UEFA İtaliyanın “Atalanta” futbol klubu ilə bağlı araşdırmaya başlayıb. SİA-nın məlumatına görə, buna Avropa Liqası yarışlarının 1/16 final mərhələsi çərçivəsində “Borussiya” ilə oyunda Dortmund təmsilçisinin hücumçusu Mişi Batşuayinin italiyalı azarkeşlər tərəfindən irqçi şüarlarla qarşılanması səbəb olub. Bundan başqa, “Atalanta” komandasının fanatları oyun ərzində meymun səsləri çıxarıblar.

Klubun UEFA tərəfindən cəzalandırılacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə