İtaliya A Seriyasının 26-cı turundan təxirə salınan "Yuventus" - "Atalanta" matçının keçiriləcəyi tarix müəyyənləşib. SİA-nın məlumatına görə, oyun martın 14-də, Bakı vaxtı ilə saat 21:00-da baş tutacaq.
Xatırladaq ki, qarşılaşma fevralın 25-i keçirilməli idi. Amma "Allianz Juventus" stadionuna qalın qar düşdüyündən matç təxirə salınmışdı. Bu qərar azarkeşlər tribunada yerini tutduqdan, futbolçular isə isinmə hərəkətləri etməyə başlayandan sonra elan olunmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB