AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. SİA iclasda qəbul edilmiş qərarları nəzərinizə çatdırır:
24 fevral 2018-ci il, 2017/2018 mövsümündə, XXVI Topaz Premyer Liqasının XVII turunun “Neftçi” – “Zirə” matçının 76-cı dəqiqəsində “Zirə” klubunun 38 №-li futbolçusu İlkin Muradov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 200 manat cərimə olunub.
25 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin XVII turunun “Neftçi” – “Zirə” matçının 42-ci dəqiqəsində “Zirə” klubunun 22 №-li futbolçusu Milad Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 100 manat cərimə olunur.
22 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Zaqatala” – “Mil-Muğan” matçında “Mil-Muğan” komandasının heyətində adı protokola qeyd olunmamış futbolçu iştirak etdiyinə görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir və klub 800 manat cərimə olunur.
22 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Binə” – “Xəzər” matçının 87-ci dəqiqəsində “Binə” klubunun 45 №-li futbolçusu Ramil Kərimov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
23 fevral 2018-ci il, 2017/2018 mövsümündə, Azərbaycan I divizionun XV turunun “Qaradağ Lökbatan” – “Şüvəlan” matçında “Şüvəlan” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.
Oyunun 90+4-cü dəqiqəsində “Şüvəlan” klubunun 8 №-li futbolçusu Həşimi Mirkamil ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, klub 20 manat cərimə olunur.
25 fevral 2018-ci il, Region Liqasının, “Şağan” (Bakı) – “Ümid Masallı” (Bakı) matçının 36-cı dəqiqəsində “Şağan” klubunun 3 №-li futbolçusu Talıb Cabbarov təhqiredici ifadələr işlətdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır. Oyunun 36-cı dəqiqəsində “Şağan” klubunun 22 №-li futbolçusu Namiq Salayev aqressiv davranış, hakimə qarşı fiziki təzyiq göstərdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 10 oyun cəzalanır.
İntizam Komitəsi “Şağan” klubunu daxili nizam-intizam qaydalarına riayyət etmələri haqqında xəbərdarlıq edir. Bu hal yenidən təkrarlanacağı təqdirdə klubu daha ağır cəza gözləyir.
Oyunun 58-ci dəqiqəsində “Ümid Masallı” klubunun 22 №-li futbolçusu Elnur İbadov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 fevral 2018-ci il, Region Liqasının, “Neftçala” (Neftçala) – “Gənclik” (Sabirabad) matçının 72-ci dəqiqəsində “Gənclik” klubunun 18 №-li futbolçusu Rəsul Sadiqli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 fevral 2018-ci il, Region Liqasının, “Tufan” (Bakı) – “Şıxlar” (Qobustan) matçının 88-ci dəqiqəsində “Şıxlar” klubunun 4 №-li futbolçusu Mərfət Qəniyev aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
21 fevral 2018-ci il, Gənclər Liqasının, “Keşlə” – “Neftçi” İK İB matçının 41-ci dəqiqəsində “Keşlə” klubunun 2 №-li futbolçusu Ruslan Bayramov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
21 fevral 2018-ci il, Gənclər Liqasının, “Qəbələ” – “Neftçi” matçının 65-ci dəqiqəsində “Neftçi” klubunun 14 №-li futbolçusu Vüsal Əsgərov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
Oyunun 82-ci dəqiqəsində “Qəbələ” klubunun 6 №-li futbolçusu İlkin Abdullayev ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
22 fevral 2018-ci il, U-16 Liqasının, “Qəbələ” – “Keşlə” matçının 69-cu dəqiqəsində “Keşlə” klubunun 5 №-li futbolçusu Rəşad Həsənov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
22 fevral 2018-ci il, U-16 Liqasının, “Kəpəz” – “Vətən” matçının 52-ci dəqiqəsində “Kəpəz” klubunun 1 №-li futbolçusu Pərvin Zeynalov rəqibi təhqir etdiyinə görə meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanır.
25 fevral 2018-ci il, Boulevard Hotel U-15 Liqasında, “Viləş” – “Turan” matçının 32-ci dəqiqəsində “Turan” klubunun 2 №-li futbolçusu Elcan Şirinov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
25 fevral 2018-ci il, U-14 Liqasının, “Neftçi” – “Sumqayıt” matçının 46-cı dəqiqəsində “Neftçi” klubunun 9 №-li futbolçusu Ağadadaş Salyanski təhqiredici hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
25 fevral 2018-ci il, U-14 Liqasının, “Keşlə” – “Neftçi” İK İB matçının 47-ci dəqiqəsində “Neftçi” İK İB klubunun 4 №-li futbolçusu Ceyhun Əliyev sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
Oyunun 59-cu dəqiqəsində “Keşlə” klubunun 6 №-li futbolçusu Ayxan Məcidov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
25 fevral 2018-ci il, Coca Cola U-13 Liqasının, “Təhsil RİM” (Şirvan) – “Mürtülü” (Kürdəmir) matçının 23-cü dəqiqəsində “Təhsil” RİM klubunun 19 №-li futbolçusu Nicat Namazov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
24 fevral 2018-ci il, futzal üzrə Yüksək Liqanın “Marafon Futsal” – EKOL matçının 2-ci dəqiqəsində “Marafon Futsal” klubunun 10 №-li futbolçusu Seymur Məmmədov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır. Oyunun 2-ci dəqiqəsində EKOL klubunun 11 №-li futbolçusu Namiq Məmmədkərimov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır.
22 fevral 2018-ci il Yüksək qızlar Liqasında, "Veqa" – "Qəbələ" matçının 89-cü dəqiqəsində "Veqa" klubunun 51 №-li futbolçusu Rəvanə Əliyeva sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır.
24 fevral 2018-ci il U-13 qızlar Liqasında, "Əhmədli Yunayted" – "Neftçi" PFK matçında "Əhmədli Yunayted" komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
25 fevral 2018-ci il U-16 qızlar Liqasında, "Keşlə" RİOEUGİM – "Veqa" matçında "Veqa" komandasının heyətində yetərsay olmadığına görə kluba 0:3 hesablı texniki məğlubiyyət verilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB