Cahandar Azadəliyev 2011-ci ildə Gəncə şəhərində ziyalı ailəsində anadan olub. 5 yaşından şahmat oynamağa başlayıb. Şahmatın sirlərini ona ilk olaraq atası Seyhun Azadəliyev öyrədib. Cahandar Azadəliyevin şahmata olan həvəsi onu Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə üzv olan “Şahmat və Dama” Klubuna gətirib çıxarıb.
Qısa müddət ərzində şahmatın incəliklərini öyrənməyə başlayıb.
2017-ci il Cahandar Azadəliyevin həyatında silinməz izlər buraxıb.
Belə ki, o, 2017-ci ildə 6 yaşı ola-ola 8 yaşlılar arasında Bakı çempionu və Respublika 2-cisi olub.
2017-ci ilin 25-28 avqust tarixlərində Maxaçkala şəhərində Xəzər dostluq dənizi beynəlxalq şahmat turnirində 3-cü yeri tutub.
2017-ci ilin 3-14 sentyabr tarixlərində Rumıniyada keçirilən avropa çempionatının iştirakçısı olub.
2018-ci il Cahandar Azadəliyev üçün uğurlu başlayıb. Belə ki, 26 yanvar tarixindən 3 fevral 2018-ci il tarixinə kimi Moskva şəhərində Beynəlxalq Şahmat turnirinə qatılan Cahandar Azadəliyevin 7 yaşı olmasına baxmayaraq 9 yaşlı oğlanlar arasında 7 ölkədən olan 210 şahmatçı arasında 1-ci yeri tutub. Cahandar keçirdiyi 9 oyundan 7-sində qələbə qazanıb və iki oyunu heç-heçə ilə başa vurub. O, bir oyun belə uduzmamışdır.
Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinə üzv olan “Şahmat və Dama” Klubunda onun məşqçisi məktəbin baş məşqçisi Valeriy Şilyayevdir. Cahandar onun rəhbərliyi altında məşq edir.
Cahandar Azadəliyevin Moskva şəhərində 1-ci yeri tutması Azərbaycanda bütün idmansevərləri sevindirdi.
Üçrəngli bayrağımızın qaldırılması zamanı Cahandarın sevincinin həddi-hüdudu yox idi. Eyni zamanda Cahandar Azadəliyev hər yarışda bayrağımızı yüksəkltmək və himnimizin səsləndirilməsi üçün əlindən gələni edəcəyini deyib. Cahandar Azadəliyevin ən böyük arzusu isə yaşlılar arasında dünya çempionu olmaqdır. Bu yolda sənə uğurlar arzulayırıq Cahandar. Ataların maraqlı sözü var: “Məqsədə doğru inamla gedən gec-tez ona çatır”.
Cahandar Azadəliyevin atası Seyhun müəllimin və ailə üzvləri də sevinc içindədir. Hər bir valideyn üçün övladının uğuru əlbəttə ki, çox önəmlidir. Seyhun Azadəliyev onunla söhbətimiz əsasında belə dedi: “ Cahandar Azadəliyevin 1-ci yeri tutmasında şərait yaratdıqlarına görə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Millət vəkili Səttar Möhbalıyevə, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyinin sədri Nadir Əliyevə və “Şahmat və Dama” İdman Klubunun sədri Nazim Nurullayevə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olsunlar. Cahandarın qələbəsi azərbaycanlı uşaqlarının qələbəsi deməkdir. Deməli, millətimiz idmanın ən çətin və böyük ağıl tələb edən şahnat növündə nəyə qadir olduğunu bir daha sübüt eləyib. Ağıl həyatın ən böyük sərmayəsidir. Deməli, ən kiçik azərbaycanlı da sübut elədi ki, o, hamıdan ağıllıdır. 210 uşaq da onun hanıdan ağıllı və güclü şahmatçı olduğunu gördü.
Öğlumuzun Azərbaycanın üçrəngli bayrağını bütün bayraqlardan ucaya qaldırması bizim üçün də böyük qürur mənbəyi oldu. Gün o gün olsun ki, Cahandar azərbaycanlı kimi dünya çempionu olsun və bu bayrağımızı Qarabağda işal altında olan torpaqlarımız geri qayıdandan sonra orada qaldırsın”.
Tahir ƏLƏKBƏRLİ
Şair-publisist
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB