Rayan Qiqqs: "Sançez yüksək səviyyəli futbolçudur"

Rayan Qiqqs: "Sançez yüksək səviyyəli futbolçudur"

"Sançez top futbolçudur. Hələlik 1 qol vurub. Əminəm ki, o, işlərin daha yaxşı getməsini istərərdi". SİA-nın məlumatına görə, bunu "Mançester Yunayted"in canlı əfsanəsi Rayan Qiqqs klubun qış transferi Aleksis Sançez barədə danışarkən deyib.

Uels millisində baş məşqçi kimi işləyən R.Qiqqs Sançesin yüksək səviyyəli futbolçu olduğunu bildirib: "Aleksisin yeni komanda yoldaşları onun nəyi sevdiyini yeni-yeni öyrənir. Bəzən bu, müəyyən zaman alır. Hesab edirəm ki, heç kim Aleksis Sançezə görə narahat olmalı deyil. O, yüksək səviyyəli futbolçudur".

Bütün xəbərlər Facebook səhifəmizdə