Bu gün Tərtər rayonunda yeni Olimpiya İdman Kompleksinin (OİK) təməlqoyma mərasimi keçirilib. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tədbirdə gənclər və idman naziri Azad Rəhimov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Milli Məclisin deputatı Sahib Alıyev və digər rəsmilər iştirak ediblər.
Dövlət başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev tərəfindən idmana, idmançılara çox böyük qayğı və diqqət göstərildiyini bildirən nazir Azad Rəhimov, hazırda ölkədə 43 OİK-in fəaliyyət göstərdiyini qeyd edib. O, bu gün növbəti - 44-cü OİK-in təməlinin qoyulduğunu və bu il ölkəmizdə daha iki - Lənkəran və Beyləqan OİK-in də istifadəyə veriləcəyini diqqətə çatdırıb.
A.Rəhimov xüsusi olaraq vurğulayıb ki, cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların rahat şəkildə idmanla məşğul olmaları üçün təməli qoyulan OİK müstəsna rol oynayacaq.
Tərtər OİK haqqında məlumat
Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 fevral 2014-cü il tarixli 118 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda nəzərdə tutulmuşdur .
Ölkə başçısının müvafiq Sərəncamı ilə Kompleksin tikintisi işlərinin yerinə yetirilməsi üçün maliyyə vəsaiti ayrılmışdır.
Kompleksin 2019-cu ildə istifadəyə verilməsi nəzərdə tututlur.
Kompleksin layihələndirilməsi Azərbaycan şirkəti olan “ArchiCo” MMC-i tərəfindən hazırlanıb.
Kompleksin tikintisini Azərbaycan şirkəti olan “Xəzər inşaat” MMC-i icra edəcək.
Kompleksin tikintisi məqsədi ilə Tərtər Rayon İcra Hakimiyyəti tərəfindən 4 hektar torpaq sahəsi ayrılmışdır.
İnşa ediləcək Olimpiya İdman Kompleksinin Tikintialtı sahəsi 7320 m2, ümumi sahəsi 10792 m2, yaşıllıq sahəsi 27624 m2, abadlıq sahəsi 5057 m2-dir.
Əsas idman kompleksi binası 6 hissədən (blokdan) və 1,2 və 3 mərtəbələrdə ibarət olmaqla aşagıdakı göstəricilərə malikdir:
-1036 tamaşaçı tribunası olan, müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan Universal idman zalı
-174 tamaşaçı tribunası və 24x12 olçüdə üzgücülük hovuzu olan Üzgüçülük zalı
-152 tamaşaçı tribunası olan Güləş zalı
-Boks və trenajor zalları
-54 çarpayı yerlik 22 otaqdan ibarət Mehmanxana
-Restoran, mətbəx, həkim otaqları, hakimlər üçün otaqlar, işçi otaqları, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar
Hər bir idman zalının üçün ayrı-ayrılıqda soyunub-geyinmə, sanitar qovşaq və duş otaqları nəzərdə tutulmuşdur.
Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların Kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün bütün zəruri şəraitin yaradılması nəzərdə tutulmuşdur.
Tərtər Olimpiya İdman Kompleksininin hazırlanmış baş planına əsasən ərazidə 1000 nəfərlik tamaşaçı tribunası olan Futbol stadionu, Mini-futbol meydançası, Voleybol - basketbol meydançaları inşa ediləcəkdir.
Kompleksin enerji təchizatını təmin etmək üçün ərazidə 2 ədəd x 1000 kVa gücündə transfarmator yarımstansiyası, generator məntəqəsi, İstilik qazanxanası və nasosxana binası, Nəzarət buraxılış məntəqəsi binası, içməli və yanğına qarşı ehtiyyat su anbarları inşa ediləcəkdir .
Kompleksin müasir tələblərə cavab verən kondinsoner, havalandırma, isitmə, yanğın xəbərverici siqnalizasiya, rabitə, video müşahidə, səs və digər sistemlərlə, müasir idman avadanlıqları, mebel, ləvazimatlar və digər inventarlarla təchiz olunması, eləcədə müstəqil sahəxarici elektrik, qaz, su-kanalizasiya və rabitə kommunikasıya xətlərinin çəkilməsi nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB