Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşəcək

Azərbaycanın ən güclü yeniyetmə boksçuları müəyyənləşəcək

Yeniyetmə boksçular arasında Azərbaycan birinciliyinə start verilib. SİA-nın məlumatına görə, Boks Mərkəzində təşkil olunan yarışa 50-yə yaxın komandanın 375 idmançısı qatılıb.

2002-2003-cü il təvəllüdlü boksçular arasında keçirilən birincilikdə 14 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək.

Final qarşılaşmaları isə martın 3-də olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə