Fransanın PSJ klubunun futbolçusu Neymar zədə səbəbindən 6-8 həftə müddətində meydana çıxa bilməyəcək. SİA-nın məlumatına görə, bu barədə “L'Equipe” nəşrinə 26 yaşlı braziliyalı hücumçunun eyni zamanda meneceri olan atası bildirib. Forvard martın 6-da İspaniyanın “Real Madrid” komandası ilə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçını buraxmalı olacaq.
Qeyd edək ki, Neymar fevralın 25-də PSJ-nin Fransa çempionatının XXVII turunda evdə “Marsel”i 3:0 hesabı ilə məğlub etdiyi oyunda zədələnib. Ona daha əvvəl baldırla pəncəni birləşdirən bağların dartılması və pəncə sümüyündə çat diaqnozu qoyulmuşdu.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB