Arif Əsədov: ""Bakı" klubunun hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına baxmayaraq, oyunun gərgin keçəcəyini düşünürəm"

Arif Əsədov: ""Bakı" klubunun hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına baxmayaraq, oyunun gərgin keçəcəyini düşünürəm"

"Hazırda komandada əhval-ruhiyyə yüksək səviyyədədir. Zədəli Rail Məlikovdan başqa futbolçuların hamısı oyuna hazırlaşırlar". SİA-nın məlumatına görə, bu sözləri "Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov "Bakı" ilə oyundan əvvəl klubun rəsmi saytına bildirib. Gənc mütəxəssis "Bakı" ilə oyunların həmişə prinsipial olduğunu qeyd edib: "Paytaxt klubunun hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmasına baxmayaraq, oyunun gərgin keçəcəyini düşünürəm. Üstəlik, "Bakı" klubu son iki oyunda məğlub olduğundan, bizimlə görüşə dönüş nöqtəsi kimi baxır. Bizim üçün çətin olsa da, çalışacağıq ki, qələbə qazanıb turnir cədvəlində mövqeyimizi daha da möhkəmlədək".

Bütün xəbərlər Facebook səhifəmizdə