İspaniya La Liqasında 26-cı tura start verilib. SİA-nın məlumatına görə, ilk oyun günündə yalnız 1 görüş keçirilib. Turun açılış matçında “Real” səfərdə “Espanyol”un qonağı olub.
Matç gözlənilmədən “Kral klubu”nun məğlubiyyəti ilə başa çatıb. Hakimin matçı sonuna əlavə etdiyi dəqiqədə fərqlənən “Espanyol” 1:0 hesablı qələbə qazanıb.
İspaniya La Liqası
26-cı tur
27 fevral
“Espanyol” - “Real” 1:0
Qol: Moreno, 90+3
Qeyd edək ki, mövsümdə 5-ci məğlubiyyətini alan “Real” 51 xalla üçüncü pillədə qərarlaşıb. “Espanyol” isə 31 xalla 13-cü yeri tutur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB