Futbol üzrə Türkiyə kubokunda yarımfinal mərhələsinə start verilib. 1/2 finalın ilk oyunları çərçivəsində dünən “Qalatasaray” səfərdə “Akhisar Belediyyespor”un qonağı olub. Meydan sahibləri hesabı açsalar da, Fatih Terimin komandası sonda əzmkar qələbəyə sevinib. Bu qalibiyyət sayəsində “Qalatasaray” finala yaxınlaşıb.
Türkiyə kuboku
Yarımfinal, ilk oyun
27 fevral
“Akhisar Belediyyespor” - “Qalatasaray” 1:2
Qollar: Seleznyov, 19 (1:0), Çalık, 21 (1:1), Gümüş, 88 (1:2)
1 mart
“Beşiktaş” - “Fənərbaxça”
Qeyd edək ki, cavab oyunları aprelin 18-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB