UEFA Samir Nəsrinin cəzasını açıqlayıb

UEFA Samir Nəsrinin cəzasını açıqlayıb

UEFA ötən il qanında dopinq aşkarlanan Samir Nəsrinin cəzasını açıqlayıb. Fransa millisinin sabiq üzvü 6 ay müddətinə futboldan uzaqlaşdırılıb. Dopinq testi Nəsri hələ “Sevilya”da çıxış edərkən götürülüb. Futbolçu qanından aşkarlanan preparatın qadağan olunmadığını əsas gətirərək apellyasiya şikayəti versə də, UEFA onun istəyini rədd edib.

Qeyd edək ki, Samir Nəsrinin son klubu Türkiyə "Antalyaspor"u olub. O, qış fasiləsi zamanı Antalya təmsilçisi ilə yollarını ayırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə