"Qarabağ" klubu "Xəzər-Lənkəran"la oyunun hazırlıqlarını davam etdirir. Klubun mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Premyer Liqanın ilk yarısının son turunda komandanın tək hədəfi var: qalibiyyət. Gündə tək çalışmayla məşqlərini davam etdirən komanda dünən Zabrat qəsəbə stadionunda məşq edib. Bu gün isə 15:00-da komanda oyunun keçiriləcəyi Tofiq Bəhramov adına respublika stadionunda məşq edib. Belə ki, artıq Ağdam təmsilçisinin bütün zədəliləri komandanın düşərgəsindədir. Komandanın baş məşqçisi Qurban Qurbanov şans verəcəyi təqdirdə Emin İmaməliyevin oynaması üçün heç bir problem yoxdur. Məşqlərə başlayan Maksimin durumu isə oyun günü bəlli olacaq. Maksim oynamaq üçün istəkli olsa da, müdafiəçi haqda baş məşqçi son qərarını verəcək. Samir Abasov da artıq yüngül təmrinlər yerinə yetirməyə başlayıb. Əfran İsmayılov isə daha çox trenajor zalında çalışmalarla kifayətlənir.
Xatırladaq ki, "Qarabağ" - "Xəzər-Lənkəran" oyunu 30 oktyabrda 16:00-da keçiriləcək.
Xatırladaq ki, "Qarabağ" - "Xəzər-Lənkəran" oyunu 30 oktyabrda 16:00-da keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB